23:59
9°C
Bakı
Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
1981-ci il təvəllüdlü İftixar Vəlizadə kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə onun 2006-cı təvəllüdlü oğlu A.V şübhəli bilinir.
İlkin məlumata görə, hadisəyə səbəb ailədaxili münaqişə olub.
Polis cinayət əməlində şübhəli bilinən A.V-ni saxlayıb.
Araşdırma aparılır.