Dənizdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas ediliblər
Hadisə
126
17:27, Bu gün

Dənizdə köməksiz qalan Azərbaycan vətəndaşları xilas ediliblər

Xəzər dənizində köməksiz qalan Azərbaycan vətəndaşları xilas ediliblər.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında üç nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri - 1990-cı il təvəllüdlü Cəlal Məhərrəm oğlu Səmədov, 1997-ci il təvəllüdlü Sənan Elçin oğlu Babayev və 1980-ci il təvəllüdlü Kənan Rafiq oğlu Fətullayev sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıblar.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər