Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb
Hadisə
135
17:10, Bu gün

Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

Astara rayonu, Pensər kəndində fəaliyyət göstərən Şərafət Mərhəldə qızı Nəcəfovaya məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, marketdə ümumi sayı 91 ədəd "Golf Organic", "Vip Line", "Orginal Natura", "Piterskaya", "Wheat Water" və "Organic Brand" əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər