Bizi sosial şəbəkələrdən izləyin:
Astarada itkin düşən balıqçıların axtarışları davam etdirilir.
Moderator.az xəbər verir ki, bu gün günorta saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub.
Bununla yanaşı, axtarışlara FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçik həcmli gəmiləri və iki dalğıc qrupu da qoşulub.
Hazırkı saatlara qədər aparılan axtarışlar hələlik müsbət nəticə verməyib.
Qeyd edək ki, Astara rayonunun Şahağac kənd sakinləri olan Ağadədə və Turan Həsənov iki gün əvvəl balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar və onlarla bir daha əlaqə saxlamaq mümkün olmayıb.