Bizi sosial şəbəkələrdən izləyin:
Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Moderator.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, N.Səfərovu dekabrın 9-u polis əməkdaşları saxlayıblar.
O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.