Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi
Hadisə
210
19:50, Bu gün

Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi

Bakıda tanışına çox sayda bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənin 17 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Çıxış üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından növbəti proses dekabrın 17-nə təyin olunub.

Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çox sayda bədən xəsarəti yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29.120.2.2, 29.120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.

Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluq yaşayıb. Növbəti dəfə isə onun əməli residiv sayılaraq onun daha ağır cəza ilə həbs olunması təklif olunub.

Link kopyalandı!
Son xəbərlər