FHN-in polkovniki 15 ildən sonra vəzifəsindən azad edildi - FOTO
Hadisə
666
10 Dec 2025 | 17:15

FHN-in polkovniki 15 ildən sonra vəzifəsindən azad edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olunub.

Moderator.az "Qaynarifo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Süleymanov Əbülfəz Cəfər oğlu son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Cəsur Cəfərov təyin olunub.

Qeyd edək ki, polkovnik Əbülfəz Süleymanov 2010-cu ildən "N" saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışırdı.

FHN-in polkovniki 15 ildən sonra vəzifəsindən azad edildi

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər