Lənkəranda 13 yaşlı məktəblini avtomobil vurdu
Hadisə
689
10 Dec 2025 | 16:10

Lənkəranda 13 yaşlı məktəblini avtomobil vurdu

Lənkəranda 13 yaşlı məktəblini avtomobil vurub.
 
Moderator.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.
 
Hərəkətdə olan nəqliyyat vasitəsi 2012-ci il təvəllüdlü A. Kərimzadəni vurub.
 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər