Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi HƏBS OLUNDU
Hadisə
307
13:36, Bu gün

Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi HƏBS OLUNDU

Bakı metrosunda qatarda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs inzibati məsuliyyətə cəlb olunub.
 
Moderator.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə dekabrın 8-də "Nərimanov" stansiyasında baş verib.
 
Gürcüstan vətəndaşı Mirvari Salmanova qatardan düşərək orada xidmət aparan polislərə yaxınlaşıb. O, qatarda olarkən bir kişinin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.
 
Polis əməkdaşları dərhal şəxsi saxlayıb. Onun Neftçala rayon sakini 46 yaşlı Şakir Mürvətov olduğu müəyyən edilib. Barəsində inzibati protokol tərtib olunan şəxs Nərimanov Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmədə zərərçəkmiş qadın hadisəni təsdiqləyib. O bildirib ki, şəxs əli ilə ona toxunub və hərəkətlərin qəsdən olduğunu anlayıb. Qadın polisdən şikayət edərək tədbir görülməsini xahiş edib.
 
Ş. Mürvətov isə hər hansı əxlaqsız hərəkət etmədiyini deyib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 15 sutkalıq inzibati həbs edilib.
Link kopyalandı!
Son xəbərlər