Gəncədə məktəblilər dönərdən zəhərləndi - YENİLƏNİB
Hadisə
639
08:56, Bu gün

Gəncədə məktəblilər dönərdən zəhərləndi - YENİLƏNİB

Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
 
Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
 
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
 
01:18
 
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
 
7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər