Bizi sosial şəbəkələrdən izləyin:
Beyləqanda baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Birinci Aşıqlı kəndi ərazində baş verib.
Hərəkətdə olan "Qazel" markalı avtomobil "Xazar Lada" markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olan 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.