Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Hadisə
115
13:50, Bu gün

Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Moderator.az-a verilən xəbərə görə, yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.
 
Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub.
 
Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər