Bizi sosial şəbəkələrdən izləyin:
Yasamal rayonu ərazisindəki yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda müxtəlif hissələrin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayonunda isə bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.