Avtomobillə eşşək arabası toqquşdu - Ağır xəsarət alanlar var
Hadisə
1545
07 Dec 2025 | 17:52

Avtomobillə eşşək arabası toqquşdu - Ağır xəsarət alanlar var

Samuxda minik maşın eşşək arabası toqquşub, 2 nəfər ağır xəsarət alıb.

Hadisə rayonun Füzuli kəndi ərazində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi "Nissan " markalı minik avtomobili  hərəkətdə  olan zaman eşşək arabasına  çırpılıb. Nəticədə arabada olan 1980-ci il təvəllüdlü Ə.Ələkbərova və 2006-cı il təvəllüdü M.Verdiyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, durumları orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

(APA)

Link kopyalandı!
Son xəbərlər