Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Binəqədi rayonu ərazisində paytaxt sakini olan bir nəfər polisə müraciət edərək “Ford” markalı avtomobilindən mobil telefonun oğurlandığını bildirib.
Moderator.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı C.Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Xətai rayonunda isə “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən N.Süleymanzadə də polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxs oğurladığı mopedi sonradan 485 manata satıb.
Araşdırmalar aparılır.