Bizi sosial şəbəkələrdən izləyin:
Nizami rayonu ərazisində gecə saatlarında avtomobil təmiri sexlərindən birinin qarşısından 2000 manat dəyərində 2 mühərrik və dəmir materiallar oğurlanıb.
Moderator.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Həmçinin Nərimanov rayonunda marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 26 yaşlı E.Məlikzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.