Qaxda çoban ehtiyatsızlıqdan özünü güllələdi
Hadisə
309
12:57, Bu gün

Qaxda çoban ehtiyatsızlıqdan özünü güllələdi

Qaxda kişi güllə yarası alıb.
 
Moderator.az xəbər verir ki, hadisə Baydarlı kəndi ərazisində qeydə alınıb.
 
Rayon sakini 46 yaşlı Rasim Məmmədov qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
 
DİN-in mətbuat xidmətinin regional qrupundan Moderator.az-z bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
 
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
 
Link kopyalandı!
Son xəbərlər