Bizi sosial şəbəkələrdən izləyin:
Zaqatalada avtomobil qadını vurub.
Moderator.az xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib.
Rövşən Hazmanov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Aşağı Tala kənd sakini 57 yaşlı Dilbər Osmanovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.