İki dostun arasında borc davası cinayətlə nəticələndi – TƏFƏRRÜAT
Hadisə
430
10:38, Bu gün

İki dostun arasında borc davası cinayətlə nəticələndi – TƏFƏRRÜAT

Sumqayıt şəhərində iki nəfər arasında borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu il martın 8-də saat 12:00-da şəhərin 26-cı məhəlləsində yerləşən sürücülük məktəbinin yaxınlığında baş verib.
 
Xaçmaz rayon sakini 1981-ci il təvəllüdlü Süleyman həmin ərazidə dostluq münasibətində olduğu Elmarı (adlar şərti verilib – red.) vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
 
Süleymanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs göstərib ki, Elmarı bir neçə ildir tanıyır, bir neçə ay əvvəl ondan 100 manat borc pul alıb: “Sonradan borcu tələb etsəm də, geri ala bilmədim. Martın 8-də yenə ona zəng edərək görüşmək istədiyimi bildirdim. Həmin gün saat 12:00-da Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən sürücülük məktəbinin arxa hissəsində görüşdük. Elmardan borcunu niyə qaytarmadığını soruşdum, imkanı olmadığını bildirdi və bu zaman aramızda mübahisə düşdü. Elmarın sifət nahiyəsinə bir yumruq vurdum, daha sonra aralanaraq getdim”.
 
Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən şikayətini geri götürüb.
 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.
 
Link kopyalandı!
Son xəbərlər