20:14
13°C
Bakı
Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
Moderator.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.