19:01
12°C
Bakı
"İdrak" Gənclər Mərkəzinin rəhbəri İmran Bənnayevin ölkədən çıxışının məhdudlaşdırılıb.
Moderator.az xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə borcu olmasıdır.
Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İmran Bənnayevi məhkəməyə verib.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərid Hətəmzadənin sədrliyi ilə baxılıb. Hakim qurumun ərizəsini təmin edərək İmran Bənnayevin ölkədən çıxışına "stop" qoyub.
Həmin vaxt İmran Bənnayevin dövlət büdcəsinə borcu 15 973.98 manat olub.
Qeyd edək ki, "İdrak" Gənclər Mərkəzi 2004-cü ildən fəaliyyət göstərir.