Salyanda məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb
2272
05 Dec 2025 | 18:15

Salyanda məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb

Salyanın Aşağı Noxudlu kəndində məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir. Bildirilib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər