Binəqədidə kafedə PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO-FOTO
Hadisə
118
18:11, Bu gün

Binəqədidə kafedə PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO-FOTO

Binəqədi rayonunda obyektdə baş verən partlayış zamanı üç nəfər xəsarət alıb.

Moderator.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, xəsarət alanların hamısı partlayışın baş verdiyi kafenin əməkdaşlarıdır:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".

Binəqədidə kafedə PARTLAYIŞ: Xəsarət alanlar var

Link kopyalandı!
Son xəbərlər