Salyanda 13 nəfər tüstüdən ZƏHƏRLƏNDİ: 11-i şagirddir
Hadisə
74
15:58, Bu gün

Salyanda 13 nəfər tüstüdən ZƏHƏRLƏNDİ: 11-i şagirddir

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
 
İlkin məlumata görə, 11 şagird, iki əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər