Əvvəllər quldurluq etdiyi üçün məhkum olunmuş şəxs bu dəfə 22 kq narkotiklə saxlanıldı
1596
05 Dec 2025 | 12:40

Əvvəllər quldurluq etdiyi üçün məhkum olunmuş şəxs bu dəfə 22 kq narkotiklə saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Abşeron rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş 37 yaşlı Etibar Həsənov saxlanılıb. Ondan 22 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər