Yevlaxdakı yanğında şəhidin anası öldü
Hadisə
120
12:32, Bu gün

Yevlaxdakı yanğında şəhidin anası öldü

Yevlaxda yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında  şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Yanğın zamanı  şəhər sakini 1945-ci il təvəllüdlü Nərgiz Mikayılova yanaraq ölüb.
 
Evdə olan 1965-ci il təvəllüdlü Vahabova Yasəmən və 1967-ci il təvəllüdlü Mehdiyev Kamran ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
 
Qeyd edək ki, yanğında ölən Nərgiz Savalan qızı Mikayılova 1-ci Qarabağ müharibəsi şəhidi 1972-ci il təvəllüdlü Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər