Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI
Hadisə
132
11:42, Bu gün

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisindəki yaşayış binasında baş verən yanğın zamanı 4 nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlıdır.
 
Moderator.az Modern.az-a istinadla xəbər verir ki, hadisədə ölən azyaşlılar Laçın rayonu 29 saylı tam orta məktəbin şagirdləri olub.
 
Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdidir.
 
Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.
 
Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.
 
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər