Dubaya uçan təyyarə Bakıya təcili eniş etdi - SƏBƏB
Hadisə
106
08:50, Bu gün

Dubaya uçan təyyarə Bakıya təcili eniş etdi - SƏBƏB

5 dekabr tarixində "FlyDubai" aviaşirkətinə məxsus "Boeing 737" tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
 
Məlumata görə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.
 
Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.
Link kopyalandı!
Son xəbərlər