Gəncədə ər arvadını bıçaqlayıb
Hadisə
117
22:45, Bu gün

Gəncədə ər arvadını bıçaqlayıb

Gəncə şəhərində ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

44 yaşlı Aysu İsmayılova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat olunub.

İlkin ehtimallara əsasən, qadını həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər