Gəncədə
Hadisə
312
19:20, Bu gün

Gəncədə "Mercedes" və "Range Rover" toqquşdu - FOTO

Gəncədə "Mercedes" və "Range Rover"in toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə şəhərin Pərviz Səmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil yolun hərəkət hissəsində qarşısına çıxan daş maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi idarəetməni itirərək əks istiqamətdən gələn "Range Rover" markalı avtomobilə çırpılıb. Toqquşmanın təsirindən "Range Rover" avtomobili yoldan çıxaraq ağaca dəyib.

Qəzanın baş verməsinə "Mercedes" sürücüsünün əks yola çıxmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər