Marketdən ödəniş terminalını oğurlayıb araba ilə aparan şəxs həbs olundu
Hadisə
138
17:51, Bu gün

Marketdən ödəniş terminalını oğurlayıb araba ilə aparan şəxs həbs olundu

Bakıda marketdən SAGA tipli ödəniş terminalını oğurlayıb araba ilə aparan şəxs həbs edilib.

Moderator.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, "Südçülük sovxozu" adlanan ərazidə yerləşən "İrşad Market"də baş verib.

1992-ci il təvəllüdlü P.O. borcları çox olduğu üçün bu cinayət əməlini törətdiyini etiraf edib. O, içkili halda gecə saat 03.00 radələrində armaturla "İrşad Market"in qapısını sındıraraq içəriyə daxil olub.

Mağazada səs-küyün yaranmasından ehtiyat edərək ödəmə aparatını oradan çıxartmaq və başqa yerdə içindəki pulları götürmək qərarına gəlib.

Bu məqsədlə yolun kənarına atılmış köhnə təkərli arabanı götürərək, ödəmə aparatını onun üzərinə qoyub və marketin sağ tərəfindəki boşluq hissəyə aparıb. O, ödəmə aparatının kassa hissəsini armaturla açaraq 4951 manat pulu götürüb. Ondan 300 manatını borcuna verib və qalanını gizlədib.

Məhkəmənin hökmü ilə P.O. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il 5 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.

Link kopyalandı!
Son xəbərlər