Toyda ofisiantla kobud danışan qonaq döyüldü
Hadisə
104
17:45, Bu gün

Toyda ofisiantla kobud danışan qonaq döyüldü

Qubada toy zamanı dava olub.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Talabıqışlaq kəndində qeydə alınıb.

İttiham aktına görə, kənd sakini 46 yaşlı Manaf Qardaşxanov (adı və soyadı şərtidir) həmkəndlilərindən birinin həyətində keçirilən mağar toyunda qonağı döyüb. Manaf həmkəndlisi olan qonağın ofisiantla kobud danışdığını görüb və o, məclisdən çıxanda həmin şəxsə yaxınlaşaraq yumruq zərbələri ilə sifət və boyun nahiyələrinə zərbə vurub.

Bu əməlinə görə, Manaf Qardaşxanov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, ofisiantla kobud danışan həmin qonağa yaxınlaşıb irad bildirəndə aralarında mübahisə yaranıb. Hadisə zamanı Manaf ayıq olsa da, qarşı tərəf içkili olub. Manaf Qardaşxanov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.

Zərərçəkənin sözlərinə görə, ofisiantdan çay istəyib. O bildirib ki, Manafla 2018-ci ildə də bu mövzuda mübahisələri olub və həmin vaxtdan bəri onu görməyib.

Quba Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 1000 manat cərimə cəzası təyin edilib.

Link kopyalandı!
Son xəbərlər