Kəlbəcər və Laçında yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB
Hadisə
214
17:48, Bu gün

Kəlbəcər və Laçında yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Moderator.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

"Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.

Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir", məlumatda deyilir.

17:10

Noyabrın 28-də Kəlbəcər rayonunun dağlıq hissəsində başlayan, sonra isə Laçın rayonu ərazisinə keçən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

Moderator.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb ediliblər.

 

Link kopyalandı!
Son xəbərlər