Bizi sosial şəbəkələrdən izləyin:
Dünyada məşhur olan Labubu oyuncaqlarının uşaqlar üçün təhlükəli olduğu ortaya çıxıb.
Moderator.az bildirir ki, Rusiyanın “Roskaçestvo” əməkdaşları 13 kukla nümunəsini analiz edib. Nəticədə, oyuncaqlardan birində toksik maddə dioktilftalat aşkar olunub.
Dioktilftalat dərini və selikli qişaları qıcıqlandıran maddədir.
Həmçinin bildirilir ki, bu maddə hormonal fonu təsirləndirə və piylənmə yarada bilər. Uşağın bədəninə dioktilftalat tüpürcək vasitəsilə daxil olur.