MİDA evləri ilə bağlı sosial şəbəkələrdə elan yayan şəxs həbs edildi
Hadisə
130
09:45, Bu gün

MİDA evləri ilə bağlı sosial şəbəkələrdə elan yayan şəxs həbs edildi

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satdığı evlərdə ev-alqı satqısı ilə məşğul olması barədə sosial şəbəkələrdə reklam yayan şəxs həbs edilib.
 
Moderator.az xəbər verir ki, Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü Elcan Babayev (ad-soyad şərti göstərilib – red.) MİDA-nın evlərinin 3 dekabr 2025-ci ildə satışa çıxması ilə bağlı qərardan məlumatlı olub və bunun üçün səhifəsində həmin evlərin satışını həyata keçirmək istəyən vətəndaşların ona müraciət edə biləcəyi ilə bağlı məlumatı sosial şəbəkədə paylaşıb.
 
Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 388-1.1-ci (internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) maddələri ilə ittiham edilib.
 
Xətai Rayon Məhkəməsinin qərarı ilə o, 10 gün müddətinə həbs edilib.
 
Qeyd edək ki, təqsirləndirilən şəxs uzun illərdir ev alqı-satqısı ilə məşğul olub.
 
Link kopyalandı!
Son xəbərlər