Ağdərədə minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə
461
19:17, Bu gün

Ağdərədə minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır - YENİLƏNİB

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, rayonun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

Partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, dekabrın 3-də 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", birgə məlumatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər