17:07
11°C
Bakı
Gəncədə fəaliyyət göstərməyən dəyirman zavodunda yanğın başlayıb.
Moderator.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Bildirilib ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bəzi hissələri müxtəlif işlər üçün icarəyə verilib.