Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ - VİDEO
Hadisə
87
16:19, Bu gün

Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ - VİDEO

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib. Həmin "yalançı sahibkarlıq" subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.

Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq müraciət edib.

Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar:

"Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyəti təsdiq edən məlumatları tanımadıqları adamlara bildirməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər