Maşının nömrəsini dəsmalla gizlədən saxta qazi həbs olundu
Hadisə
98
12:02, Bu gün

Maşının nömrəsini dəsmalla gizlədən saxta qazi həbs olundu

Bakıda avtomobilin nömrəsini gizlədən şəxs həbs olunub.
 
Moderator.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
 
34 yaşlı Astara rayon sakini Vüqar Əzizov (ad və soyad şərtidir) özünə məxsus "Niva" markalı avtomobilin dövlət qeydiyyat nişanını dəsmalla gizlədib. Yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq, bu əməlinin səbəbini soruşanda və sənədləri tələb olunanda, onun ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı məlum olub. Bu səbəbdən ona avtomobilin duracağa yerləşdiriləcəyi bildirilib. Lakin Vüqar Əzizov qazi olduğunu deyib. Qaziliyini təsdiq edən vəsiqəsi istəniləndə isə o, vəsiqənin evdə qaldığını bildirib. Yoxlama zamanı onun qazi olmadığı, yalandan qazi adından istifadə etdiyi də üzə çıxıb.
 
Nəticədə Vüqar Əzizov saxlanılaraq, polis şöbəsinə aparılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.
 
Qaradağ rayon Məhkəməsinin qərarı ilə Vüqar Əzizov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər