Bizi sosial şəbəkələrdən izləyin:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Moderator.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, dekabrın 2-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.