Bizi sosial şəbəkələrdən izləyin:
Xaçmazda mopeddən yıxılan kişi ölüb.
Moderator.az xəbər verir ki, hadisə noyabrın 24-də Maqsudkənd kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini 48 yaşlı Həsrət Qüdrət oğlu Aşurov idarə etdiyi “Minks” markalı mopeddən yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, dekabrın 2-də dünyasını dəyişib.
Araşdırma aparılır.