Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğuldu
Hadisə
96
10:40, Bu gün

Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğuldu

Bərdə rayonunda özünü kanala atan psixi problemli qızını xilas etmək istəyən ata boğularaq ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində baş verib.
 
Bildirilib ki, uzun illərdir psixi problemləri olan kənd sakini, 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən kanala atıb. Bunu görən atası, 1957-ci il təvəllüdlü Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, özü suda boğularaq ölüb. S.Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən xilas edilərək sudan çıxarılıb.
 
Qeyd edək ki, Y.Kərimov uzun müddət Nazırlı kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işləyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər