Lökbatanda DƏHŞƏT: Avtomobil sürücüsü ilə birgə yandı - YENİLƏNİB
Hadisə
230
09:15, Bu gün

Lökbatanda DƏHŞƏT: Avtomobil sürücüsü ilə birgə yandı - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobilinin yanması ilə bağlı rəsmi məlumat verilib.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.
 
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində "Dongfeng Aeolus E70" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub", - deyə qurumdan bildirilib.
 
08:16
 
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra avtomobilin içərisində bir nəfərin yanmış meyiti aşkar edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər