Bakıda narkokuryerdə 13 kq narkotik aşkarlanıb- VİDEO - FOTO
Hadisə
82
16:49, Bu gün

Bakıda narkokuryerdə 13 kq narkotik aşkarlanıb- VİDEO - FOTO

Nəsimi rayonunda narkokuryerdən 13 kiloqram marixuana götürülüb.

Bu barədə Moderator.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin Əliyev saxlanılıb.

Ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxs

 

Link kopyalandı!
Son xəbərlər