İsmayıllıda qeyri-adi adət: Ölən adamı öz həyətində basdırıblar - VİDEO
Hadisə
57
22:10, Bu gün

İsmayıllıda qeyri-adi adət: Ölən adamı öz həyətində basdırıblar - VİDEO

İsmayıllı rayonunun Sulut kəndində yaşadılan qeyri-adi adət mövcud olub. Belə ki, kənd sakini dünyasını dəyişdikdə, o, yaşadığı evin həyətində dəfn edilib.

Kənddə sonuncu dəfə 2021-ci ildə sakin öz evinin həyətində torpağa tapşırılıb. Həmin ildən sonra bütün dəfn prosesləri kəndin yaxınlığındakı qəbiristanlıqda həyata keçirilir.

Tarixçi Rafiq Kərimov bu ənənənin tarixinin İkinci Dünya müharibəsinə gedib çıxdığını söyləyib:

"Kəndin müharibəyə aparılan kişilərinin 120-dən çoxu həlak olub. Kənddə ancaq yaşlılar qalıb. Onlar da ölən adamı qəbiristanlıqda dəfn edə bilməyiblər. Çünki çox uzaqda olub. Ona görə də ölən adamı öz həyətində basdırıblar".

Daha ətraflı Baku TV-nin süjetində:

 

Link kopyalandı!
Son xəbərlər