18:59
15°C
Bakı
Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
"Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.