Məmməd İbrahimliyə ittiham irəli sürüldü
Hadisə
84
12:57, Bu gün

Məmməd İbrahimliyə ittiham irəli sürüldü

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin ittiham edildiyi maddə məlum olub.
 
Moderator.az-ın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
 
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
 
Onların evində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.
 
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
 
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər