Ağdaşda
Hadisə
2092
29 Nov 2025 | 10:20

Ağdaşda "Hyundai" yük maşınına çırpıldı, xəsarət alan var

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə noyabrın 28-də saat 18 radələrində Ağdaş rayonunun Şıxlı kəndi ərazisində baş verib.

Həmin ərazidə hərəkətdə olan "Hyundai" markalı minik və "Mercedes-Benz" markalı yük avtomobilləri toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 57 yaşlı Azər Osmanov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər