Sumqayıtda həkimin əməliyyat etdiyi xəstədə sonradan xərçəng yarandığı iddia olunur.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, əməliyyat olunan 38 yaşlı Nazim İsayevin anası Güləndam İsayeva oğlunun səhhəti ilə bağlı narazılıq edərək həkimləri günahlandırıb. O bildirib ki, oğlu papilloma, dəridəki xoşxassəli törəmə səbəbindən əməliyyat edildikdən sonra onda xərçəng xəstəliyi yaranıb.
Ana iddia edir ki, həkim oğluna heyvandarlıqda istifadə olunan preparatı tətbiq etdikdən sonra bu hal baş verib.
Güləndam İsayeva bildirib ki, əməliyyatdan sonra onun oğlu ilə həkimlər maraqlanmayıb. Hadisədən sonra cərraha töhmət verilib, amma bu qərar onları qane etmir.
Hadisədə adı çəkilən həkim cərrah Şahqubad Qubadov isə iddiaları qəbul etmir. Barəsində deyilənləri isə əsassız sayır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: