00:09
11°C
Bakı
Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Moderator.az-ın məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.